23 oktyabr 2024. Çərşənbə

UEFA-dan Qarabağ'ın rəqibinə sərt cəza


UEFA-dan Qarabağ'ın rəqibinə sərt cəza
UEFA Macarıstan çempionu “Ferentsvaroş”u cəzalandırıb. Corner.az xəbər verir ki, buna səbəb Budapeşt klubunun azarkeşlərinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Slovan”a qarşı oyununda (4:1) irqçi davranışları olub. Bu səbəbdən “Ferentsvaroş” 15 min avro cərimə ödəyəcək.
 
Bundan başqa, ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ev oyununda stadion azarkeşlər üçün qismən bağlı olacaq. “Qismən bağlanma” Budapeştdəki stadionun “B” tribunasında ən azı 1000 boş oturacaq deməkdir.
 
Bundan başqa, qərara əsasən, avqustun 9-da “Qarabağ”la keçiriləcək oyunda “Ferentavaroş” üzərində UEFA loqosu olan #NoToRacism yazısı olan pankart yerləşdirməlidir. Həmçinin UEFA yenə də irqçi davranışa görə macarlara komandanın avrokuboklarda növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmağı qadağan edib.
 
“Ferentsvaroş” azarkeşlərin atəşfəşanlıqdan istifadəsinə, sahəyə yad əşyalar atmasına, təhqiredici xarakterli təxribatçı qışqırıqlarına görə daha 50 min avro cəzalandırılıb. 30 gün ərzində macarlar Slovakiyadakı stadionda sınmış 20 oturacaq üçün “Slovan”a dəymiş ziyanı ödəməli olacaqlar.
 
Macarıstan çempionu sözügedən oyundakı davranışlarına görə UEFA-ya bütövlükdə 79 min avro cərimə ödəməlidir.
 
Xatırladaq ki, avqustun 3-də Bakıda “Qarabağ” və “Ferensvaros” arasında keçirilmiş ilk oyun 1:1 hesabıyla başa çatıb. Bu komandalar arasındakı cavab matçı isə ayın 9-da Budapeştdə keçiriləcək.






Çempionlar liqası

Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"