1 fevral 2026. Bazar günü

Qarabağ'ın Budapeştə səfər proqramı açıqlandı


Qarabağ'ın Budapeştə səfər proqramı açıqlandı
Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın Budapeştə səfər proqramı açıqlanıb. Corner.az "köhlən atlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sabah - avqustun 8-də Macarıstana yollanacaq.
 
Komandanı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Ferentsvaroş" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
 
Avqustun 9-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyununa Bakı vaxtı ilə 22:00-da start veriləcək. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”