6 dekabr 2025. Şənbə

Stanislav Çerçesov: Qarabağ hazırlıqlı komandadır


Stanislav Çerçesov: Qarabağ hazırlıqlı komandadır

"Qarabağ" çox yaxşı hazırlıqlı komandadır".

Corner.az-ın məlumatına görə, bunu "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis rəqibləri ilk oyundan sonra yaxşı tanıdıqlarını bildirib: "Bəlkə də bu səbəbdən ikinci matçlarda daha yaxşı çıxış edirik. Amma hər qarşılaşmanın özünəməxsus çətinlikləri var".

Rusiyalı mütəxəssis bəzi oyunçuların zədəli olduğu sözlərini də əlavə edib: "Cari mövsüm 6 rəsmi qarşılaşma keçirmişik. Zədəli oyunçuların olması normaldır. Ümid edirəm ki, sabahkı oyunda bizə kömək edənlər olacaq".

Çerçesov 90 dəqiqə ərzində rəqibdən üstün olmaq istədiklərini bildirib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Final fitinədək gücdən düşmək istəmirik. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik".







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”