23 oktyabr 2024. Çərşənbə

Ferentsvaroş'un müdafiəçisi Qarabağ'la oyunu buraxacaq


Ferentsvaroş'un müdafiəçisi Qarabağ'la oyunu buraxacaq
"Ferentsvaroş”un futbolçusu Henri Uinqo Macarıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu da buraxacaq. Corner.az xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
 
Rusiyalı mütəxəssis bildirib ki, kollektiv məşqlərə yenicə başlayan 27 yaşlı müdafiəçi hələlik meydana çıxmağa hazır deyil:
 
“Ümid edirəm ki, növbəti çempionat oyunu üçün hazır olacaq. Rayan Mmae də səfər matçından əvvəl siyahıda id. Amma pandemiya ilə bağlı Azərbaycana giriş qaydalarına görə bizimlə ilk oyuna gedə bilmədi. Sabah ehtiyat oyunçular skamyasında olacaq və inanıram ki, bizə kömək edə biləcək. Mats Knuster komanda ilə ilk dəfə bazar günü məşq edib. Onun da vəziyyəti Mmae ilə oxşardır”.
 
Sabah keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” matçına saat 22:00-da start veriləcək. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.






Çempionlar liqası

Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"