30 iyun 2026. Çərşənbə axşamı

Azarkeşlər Qarabağ'la matçın ağırlığını hiss edirlər


Azarkeşlər Qarabağ'la matçın ağırlığını hiss edirlər
Macarıstanın “Ferentsvaroş” komandasının prezidenti Qabor Kubatov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Duel iki matçdan ibarətdir. "Slovan"la görüşdə də bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq. Azarkeşlər matçın ağırlığını hiss edirlər. Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır”.
 
Sabah Budapeştdəki “Groupama Arena"da baş tutacaq "Ferentsvaroş" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu