31 iyul 2026. Cümə

ÇL: Qarabağ'ın növbəti rəqibi bilindi


ÇL: Qarabağ'ın növbəti rəqibi bilindi
"Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.
 
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Şerif"ə evdə də eyni hesabla məğlub edərək pley-offa vəsiqə qazanıb.
 
“Qarabağ" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
 
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. “Qarabağ” “Viktoriya”ya qarşı ilk oyununu evdə, cavab matçını səfərdə keçirəcək.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"