31 iyul 2026. Cümə

ÇL: Pley-offa vəsiqə qazanan komandalar bəlli oldu


ÇL: Pley-offa vəsiqə qazanan komandalar bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşib.

Azərbaycan təmsilçisi “Qarabağ” Macarıstanda “Ferenstvaroş”un qonağı olub və inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

Moldova “Şerif”i Çexiyada “Viktoriya” (Plzen) kollektivinin qonağı olub. Kişinyovdakı ilk qarşılaşmada “Şerif” 1:2 hesabı ilə məğlub olmuşdu. Cavab görüşündə də qalib gələn Çexiya təmsilçisi “Qarabağ”ın rəqibi olub.

Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su Xorvatiyada Bolqarıstan “Ludoqorets”ini qəbul edib. Xorvatiya çempionu ilk matçda bu rəqibinə qalib gəlmişdi – 2:1. Daha məhsuldar alınan cavab matçında da sevinən zaqreblilər olub. Mahir bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Digər cütlərdə “Bodo Qlimt” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Srvena Zvezda” (Serbiya), “Benfika” (Portuqaliya), PSV (Niderland), “Dinamo” (Kiyev, Ukrayna) və “Reyncers” (Şotlandiya) komandaları növbəti mərhələyə vəsiqə qazanan tərəf olub.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Jalgiris (Litva) – Bodo Qlimt (Norveç) 1:1
İlk oyun – 0:3

Apollon (Kipr) – Makkabi (Hayfa, İsrail) 2:0
İlk oyun – 0:4

Viktoriya (Plzen, Çexiya) – Şerif (Moldova) 2:1
İlk oyun – 2:1

Pünik (Ermənistan) – Srvena Zvezda (Serbiya) 0:2
İlk oyun – 0:5

Midtyulland (Danimarka) – Benfika (Portuqaliya) 1:3
İlk oyun – 1:4

Ferentsvaroş (Macarıstan) – Qarabağ (Azərbaycan) 1:3
İlk oyun – 1:1

Dinamo (Zaqreb, Xorvatiya) – Ludoqorets (Bolqarıstan) 4:2
İlk oyun – 2:1

PSV (Niderland) – Monako (Fransa) 3:2
İlk oyun – 1:1

Şturm (Avstriya) – Dinamo (Kiyev, Ukrayna) 1:2
İlk oyun – 0:1

Reyncers (Şotlandiya) – Yunion (Belçika) 3:0
İlk oyun – 0:2







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"