31 iyul 2026. Cümə

Qarabağ Azərbaycanın xal ehtiyatını artırdı


Qarabağ Azərbaycanın xal ehtiyatını artırdı
Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. Corner.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş"u üzərində 3:1 hesablı səfər qələbəsi sayəsində mümkün olub.
 
Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan Azərbaycanın aktivinə daha 0.250 xal gətirib. Bu mövsüm üzrə xal sayını 1.875-ə, son 5 mövsümdə isə 14.500-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, özündən öndə olan Polşaya yaxınlaşıb. Hazırda bu ölkə 15.375 xalla 28-ci sırada qərarlaşıb. Əsas izləyicilərimiz isə eyni xala (12.375 ) malik Sloveniya və Qazaxıstandır.
 
Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Neftçi” 3-cü təsnifat mərhələsinin cavab oyununda avqustun 11-də Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq. Bakıdakı ilk matçda "ağ-qaralar" rəqibini məğlub edib - 2:1.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"