6 dekabr 2025. Şənbə

Çempionlar Liqasının qrupunda oynamaq istəyirəm - Zubir


Çempionlar Liqasının qrupunda oynamaq istəyirəm - Zubir
“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanda “Ferenstvaroş”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Corner.az xəbər verir ki, o, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında 3:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
 
“Bizim üçün çox vacib oyun idi. Birinci hissədə əlimizə düşən ilk fürsətdən istifadə etdik. Daha sonra da yaxşı imkanlarımız oldu. İkinci yarıda açıq oyun getdi. Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu”.
 
İkinci hissədə yüngül zədə aldığını bildirən 31 yaşlı yarımmüdafiəçi erkən vurulan qolun komandaya motivasiya verdiyini söyləyib: “İlk yarıda bizim və rəqibin kifayət qədər qol şansları oldu”.
 
Zubir Çempionlar Liqasının qrup mərhələsində oynamaq istədiyini diqqətə çatdırıb: “Belə turnirdə iştirak etmək bütün futbolçuların arzusudur. Bizim də məqsədimiz var. İnanıram ki, istəyimiz gerçəkləşəcək”.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”