27 mart 2026. Cümə

Ferentsvaroş yaxşı komandaya uduzdu


Ferentsvaroş yaxşı komandaya uduzdu
“Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, “Ferentsvaroş” yaxşı komandaya uduzdu”. Corner.az xəbər verir ki, bunu “Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin “Ferentsvaroş”un Macarıstanda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu barədə TASS-a açıqlamasında deyib.
 
Rusiyalı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu deyib:
 
“Daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqiylə ölkə çempionatının qalibi olur. Ona görə də, burada gözlənilməz heç nə yoxdur”.
 
Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"