27 mart 2026. Cümə

AFFA ermənilərin ÇL-ı matçındakı təxribatına münasibət bildirdi


AFFA ermənilərin ÇL-ı matçındakı təxribatına münasibət bildirdi

"AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır".

Corner.az xəbər verir ki, bunu AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Pünik" (Ermənistan) – "Srvena Zvezda" (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.

9 avqustda keçirilmiş matçda erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.

Bütün bunlarla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək: "Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq".

Qeyd edək ki, Zabux kəndi 1992-ci ilin mayında işğal olunub. Bu kəndin ərazisində Azərbaycan tərəfinin alternativ yol tikintisini başa çatdırması üçün erməni sakinlərə avqustun 25-dək Zabuxu boşaltmaq barədə xəbərdarlıq edilib. (report)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"