6 dekabr 2025. Şənbə

Ançelotti və Benzema tarixə düşdü


Ançelotti və Benzema tarixə düşdü
İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Super Kubokunda yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, o buna ötən gecə rəhbərlik etdiyi komandanın Almaniyanın “Ayntraxt” komandası üzərindəki 2:0 hesablı qələbəsi sayəsində nail olub.
 
Nəticədə Ançelotti karyerasında 4-cü dəfə UEFA Super Kubokunun qalibi olub. Bu, rekord göstəricidir. 63 yaşlı çalışdırıcı bu turnirdə 3 qələbəsi olan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanı geridə qoyub.
 
Ançelotti daha əvvəl “Milan”la 2 dəfə (2003, 2007), “Real”la isə 1 dəfə (2014) UEFA Super Kubokunun qalibi olmuşdu. İtaliyalı mütəxəssis UEFA Çempionlar Liqasını da ən çox (4 dəfə) zəfər qazanan məşqçidir.
 
“Ayntraxt”la oyun “Real”ın hücumçusu Kərim Benzema üçün də əlamətdar olub. Bu matçda komandasının ikinci qolunu vuran fransalı hücumçu Madrid təmsilçisinin heyətindəki qollarının sayını 324-ə çatdırıb. Bununla da o, 323 qol vurmuş əfsanəvi hücumçu Raulu geridə qoyub. Hazırda Benzema “Real”ın ən çox qol vuran ikinci futbolçusudur. O, yalnız 450 qol vurmuş Kristiano Ronaldodan geri qalır.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”