6 dekabr 2025. Şənbə

Viktoriya'nın çempionat oyunu Qarabağ'a görə təxirə salındı


Viktoriya'nın çempionat oyunu Qarabağ'a görə təxirə salındı
"Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan “Viktoriya”nın Çexiya çempionatındakı oyunu təxirə salınıb. Corner.az xəbər verir ki, Plzen klubunun müraciəti əsasında 4-cü turun "Viktoriya" – "Zbroyovka" oyunu başqa vaxta keçiriləcək.
 
Buna "Viktoriya"nın avqustun 16-da "Qarabağ"la Bakıda oyununun olması səbəb göstərilib. Şənbə günü çempionat matçı ilə Çempionlar Liqası qarşılaşmasına 72 saatdan az qaldığı nəzərə alınaraq, klub "Zbroyovka" ilə görüşün təxirə salınmasını istəyib.
 
Çempionat rəhbərliyi bu xahişi qəbul edib. Bu çempionat qarşılaşması üçün biletlərin satışı dərhal dayandırılıb. Artıq alınmış biletlər isə həmin matçın yeni oyun günündə etibarlı sayılacaq.
 
“Qarabağ” və “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab qarşılaşması isə avqustun 23-də Plzendə keçiriləcək.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”