15 avqust 2026. Şənbə

Qarabağ - Viktoriya: Onlayn bilet satışı dayandırıldı


Qarabağ - Viktoriya: Onlayn bilet satışı dayandırıldı

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsininilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranıb.


Corner.az-ın məlumatına görə, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.


Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.


Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu