1 fevral 2026. Bazar günü

Qarabağ'a daha çox güvənirdim


Qarabağ'a daha çox güvənirdim
Çexiya “Viktoriya”sının sabiq baş məşqçisi Roman Pivarnik Plzen təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirib. Corner.az saytı xəbər verir ki, 55 yaşlı mütəxəssis Azərbaycan çempionunun kifayət qədər təhlükəli komanda olduğunu söyləyib.
 
“Viktoriya” 2016-17 mövsümündə Çempionlar Liqasının 3-cü raundunda “Qarabağ”la qarşılaşanda komandanın sükanı arxasında məhz Pivarnik olub. Həmin vaxt matçlarda 0:0 və 1:1 hesabı qeydə alınıb və səfər qolu sayəsində “Viktoriya” mərhələyə vəsiqə qazanıb.
 
Çexiyalı mütəxəssis Bakıda havanın isti keçməsinin həmyerlilərinə mənfi təsir edəcəyi fikrinin doğru olmadığını bildirib: “Viktoriya”nın “Qarabağ”la üz-üzə gələcəyi Bakıda iqlim şəraiti fərqli deyil. Havanın temperaturu o vaxt təxminən bizim ölkədəki kimi idi. Çünki oyun axşam saatlarında keçirilir. Nə dərəcədə rütubət olduğu heç yadımda deyil”.
 
Roman Pivarnik “Qarabağ”ın 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”u üstələməsinin onun üçün sürpriz olmadığını sözünü də əlavə edib: “Qarabağ”ın “Ferentsvaroş”u keçəcəyini gözləyirdim. Bu, mənim üçün şok olmadı. Macarıstan təmsilçisi də güclüdür, amma mən “Qarabağ”a daha çox güvənirdim. Yadımdadır ki, azərbaycanlılarla 6 il əvvəlki matçımızdan əvvəl media onları aşağı qiymətləndirirdi. Lakin “Qarabağ”ı mütəmadi izləyənlər nə qədər güclü olduğunu bilirlər”.
 
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” oyunu saat 20:45-də başlayacaq.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”