1 fevral 2026. Bazar günü

Qarabağ bizim üçün xoşagəlməz rəqibdir


Qarabağ bizim üçün xoşagəlməz rəqibdir

"Qarabağ" bizim üçün xoşagəlməz rəqibdir".

Corner.az-ın məlumatına görə, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun məşqçisi Pavel Horvat deyib.

47 yaşlı məşqçi Bakı səfəri öncəsi "Qarabağ" haqqda xoş fikirlər söyləyib: "Onlar topu özlərində çox saxlayırlar. Topu itirdikdən sonra çoxlu pressinq edirlər. Xüsusən ev matçlarında çox cəsarətlidirlər və müdafiəçilərə qarşı uğurlu təzyiq göstərirlər. Beləcə çox topu qazanır və sonra rəqibəri cəzalandırırlar. Onlar topu alanda çox təhlükəli və məhsuldar olurlar. Bizim üçün buraxmamalı olduğumuz və əksinə onları necə keçməli olduğumuz nida işarələri var".

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”