27 mart 2026. Cümə

Bu dəfə şansa bel bağlamaq niyyətində deyilik


Bu dəfə şansa bel bağlamaq niyyətində deyilik
Çexiyanın "Viktoriya" (Plzen) klubunun yarımmüdafiəçisi Yan Kopits UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“6 il öncə burada keçirdiyimiz oyun çox yaxşı yadımdadır. Stadion əla vəziyyətə idi. Biz həmin vaxt qələbə qazanmışdıq”.
 
32 yaşlı yarımmüdafiəçi yüngül zədədən əziyyət çəkdiyini bildirib: “Amma bunun mənə hər hansı çətinlik yaradacağını düşünmürəm”.
 
Təcrübəli oyunçu "Qarabağ"ın güclü komanda olduğunu söyləyib: "Rəqibin oyun üslubu dəyişməyib. Hücum futbolu sərgiləyir. Sabah müdafiə futbolu oynayıb, əlimizə düşən şanslardan istifadə etmək istəyirik".
 
O, "Qarabağ"ın böyük azarkeş kütləsinə malik olduğunu vurğulayıb: "Bilirik ki, üzərimizdə basqı olacaq. Lakin biz qalib gəlib, mərhələ adlamaq istəyirik. O vaxt şans nəticəsində qələbə qazanmışdıq. Sabah isə şansa bel bağlamaq niyyətində deyilik. Öz oyunumuzla uğur qazanmaq fikrindəyik".
 
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"