30 iyul 2026. Cümə axşamı

ÇL: Mahir Emrelinin komandası və Trabzonspor uduzdu


ÇL: Mahir Emrelinin komandası və Trabzonspor uduzdu

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası səfərdə Norveçin “Bodo Qlimt”inin qonağı olub. Xorvatiya çempionu bu matçda minimal hesabla  uduzub. 69-cu dəqiqədə millimizin üzvü meydana buraxılsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”in qonağı olub. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

 Şotlandiya “Reyncers”i isə doğma meydanda Niderlandın PSV klubunu qəbul edib. Dörd qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib.

Pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
16 avqust

Bodo Qlimt (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:0
Qol: Pelleqrino, 37.

Kopenhagen (Danimarka) – Trabzonspor (Türkiyə) 2:1
Qol: Klaesson, 9. Lerager, 48 – Bakasetas, 79.

Reyncers (Şotlandiya) – PSV (Niderland) 2:2
Qol: A.Çolak, 40. Lourense, 70 – Sanqare, 37. Obispo, 78.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"