30 iyul 2026. Cümə axşamı

Qarabağ o zaman fərqli komanda idi


Qarabağ o zaman fərqli komanda idi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) komandasının yarımmüdafiəçisi Yan Sikora Bakıdakı oyun öncəsi açıqlama verib. Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu Çexiyanın "Slovan" (Liberets) klubunda çıxış etdiyi vaxt Bakıda Avropa Liqası matçında "Qarabağ"a erkən vurduğu qolu xatırlayıb.

O, 2016-cı ilin sentyabrın 15-də Mərdəkanda "Dalğa Arena"da keçirilmiş Avroliqanın qrup mərhələsi matçının 10-cu saniyəsində qol vurmaqla turnirin tarixində ən erkən qol müəllifi olmuşdu.

Sikora bu haqda ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Bakıya getməyi səbirsizliklə gözləyirdim. Çünki mənim bu şəhərlə bağlı yaxşı xatirələrim var. Düzdü, “Slovan”da olarkən “Qarabağ”la başqa arenada qarşılaşmışdıq. Amma “Qarabağ” o zaman fərqli komanda idi. Buna baxmayaraq, ən erkən qol salnamələrə düşüb və inanıram ki hələ uzun müddət orada qalacaq”.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"