6 dekabr 2025. Şənbə

Qarabağ çox keyfiyyətli rəqibdir


Qarabağ çox keyfiyyətli rəqibdir

"Qarabağ" çox keyfiyyətli rəqibdir".

Corner.az-ın məlumatına görə, bunu "Viktoriya" (Plzen) komandasının sabiq baş məşqçisi Roman Pivarnik Çexiya təmsilçisinin "köhlən atlar"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl "İsport"a açıqlamasında deyib.

2016/2017 mövsümündə ölkə çempionunu çalışdıran 55 yaşlı mütəxəssis "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqları III təsnifat mərhələsinin oyunlarına da toxunub: "Bu, çox gözəl xatirələrdir. Çünki səfər oyunundan sonra mərhələ adlamışdıq. Rəqib burada yetəri qədər qiymətləndirilmirdi. Amma çox keyfiyyətli, yüksək büdcəli və əla oyunçuları olan komanda idi".

Pivarnik Plzendəki ilk görüşdə hesabın açılmadığını söyləyib: "Həmin vaxt Yan Baranek meydandan qovulmuşdu və görüşü 10 nəfərlə başa vurduq. Bakıda 1:1 hesablı heç-heçə qeydə alındı və səfər qolu sayəsində mərhələ adladıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”