6 dekabr 2025. Şənbə

Qarabağ ÇL-nın qrup mərhələsinə vəsiqə qazanacaq


Qarabağ ÇL-nın qrup mərhələsinə vəsiqə qazanacaq

"Klub 2017-ci ildəki kimi qrup mərhələsinə vəsiqə qazanacaq. Onlar bunu bacaracaqlar".

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları barədə danışarkən deyib.

Hazırda Kiprin "Olimpiakos" (Nikosiya) klubunda çıxış edən 33 yaşlı oyunçu "köhlən atlar"ın avrokuboklardakı əvvəlki matçlarının hamısını izlədiyini bildirib.

Gerye 2017-ci ildə eyni turnirdə Danimarka "Kopenhagen"inə qalib gəldikləri pley-off görüşünü də xatırlayıb: "Həmin anları unutmaq olmaz. Bu, futbolçular, Azərbaycan xalqı və xüsusən də qarabağlılar üçün xüsusi gün idi".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.(report)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”