6 dekabr 2025. Şənbə

Viktoriya Qarabağ'dan daha şanslı görünür


Viktoriya Qarabağ'dan daha şanslı görünür
“Neftçi”nin sabiq futbolçusu Zdenek Folprext UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, çexiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, qonaqları Azərbaycan paytaxtında yalnız matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu təəccübləndirə bilər:
 
“Bu, olduqca qədim arenadır. Stadionda qaçış cığırları və elə də yaxşı olmayan paltardəyişmə otaqları var. Azərbaycan millisi Almaniyaya qarşı ev oyununu da burada keçirib. Azarkeşlər orada yaxşı atmosfer yarada bilirlər. Fikrimcə, matçın Respublika stadionuna salınmasının əsas səbəblərindən biri budur.
 
"Viktoriya"nın şanslarını nisbətən yüksək qiymətləndirirəm. "Şerif"də olduğu kimi, "Qarabağ"ın heyətində də 8-9 əcnəbi çıxış edir ki, onların bəziləri fərdi keyfiyyətləri yüksək olan futbolçulardır. Plzen təmsilçisi komanda işi ilə yenidən uğur qazana bilər. Hər şeyi oyun göstərəcək”.
 
Bu gün Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.
 
Xatırladaq ki, Zdenek Folprext 2017-ci ildə icarə əsasında "Neftçi"də çıxış edib.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”