27 mart 2026. Cümə

Qarabağ Bakıda Viktoriya'ya qol vura bilmədi


Qarabağ Bakıda Viktoriya'ya qol vura bilmədi

"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Sloveniyadan olan hakimlər idarə ediblər.

Tarixində bir dəfə – 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş “Qarabağ”, həmin uğuru təkrarlamağı istəyir.

Pley-off mərhələsinədək Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdıran Azərbaycan çempionu üçün isə Bakıdakı ilk oyunda maksimum yaxşı nəticə qazanmaq vacib idi. Amma gözlənilən kimi olmayıb ki, bu matçda qapılara ümumiyyətlə qol vurulmayıb. Bu üzdən də hər şey ikinci oyunda müəyyənləşəcək.

Cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunu
17 avqust

Qarabağ – Viktoriya (Plzen) 0:0
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"