6 dekabr 2025. Şənbə

Heç-heçə ədalətli nəticə oldu - Mixal Bilek


Heç-heçə ədalətli nəticə oldu - Mixal Bilek
Çexiyanın “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Corner.az xəbər verir ki, o, Bakıda baş tutan və qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Rəqibə böyük hörmətimiz var. Açıq oynasaydıq, matç daha sürətli və qaynar keçərdi. Əsas taktikamız müdafiə olunmaq idi. Nəticədən razıyam. Bizi evdə daha ağır oyun gözləyir. Cavab matçına xüsusi hazırlaşacağıq. "Qarabağ"ın güclü rəqib olduğunu bilirdik. Kifayət qədər şanslarımız da oldu. Amma qapıda və müdafiə xəttində də inamlı oynadıq. Hətta düşünürəm ki, bizim qol imkanlarımız daha çox idi”.
 
O, futbolçularının aqressiv oynamadığını söyləyib: "Sadəcə, irəli getməyə tələsirdik. Ola bilsin, sürət özünü aqressiya kimi göstərib. Yeganə məqsədimiz hücum etmək idi”.
 
Çexiyalı baş məşqçi qapıçı Yindrjix Stanekin kifayət qədər inamlı oyun göstərdiyini vurğulayıb: "Çexiyanın ən yaxşı qolkiperlərindən biridir. Fikrimcə, evdə də əla çıxış edəcək. Hesab edirəm ki, nəticə ədalətlidir. Şansları bərabər dəyərləndirirəm”.
 
Bilek azərbaycanlı azarkeşlərin onlara qarşı aqressivlik nümayiş etdirmədiklərini bildirib: "Çox gözəl atmosfer yaratmışdılar. Ümid edirəm ki, bizim fanatlarımız da belə ab-hava yaradacaqlar. Fitə basılmağımızı aqressivlik kimi qəbul etmirəm”.
 
Mütəxəssis cavab matçında da qapıçının inamlı çıxışına ümid edəcəklərini söyləyib.
 
Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena"da keçiriləcək.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”