30 iyun 2026. Çərşənbə axşamı

ÇL: Kiyev Dinamo'su Benfika ilə bacarmadı


ÇL: Kiyev Dinamo'su Benfika ilə bacarmadı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edib. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb.

İsrailin “Makkabi” (Hayfa) klubu doğma meydanda Serbiya “Srvena Zvezda”sını, Ukraynanın “Dinamo” (Kiyev) klubu isə Portuqaliya “Benfika”sını qəbul edib. “Srvena Zvezda” səfərdə qalib gəlibsə, “Dinamo” evdə məğlubiyyətə üzülüb

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust

Qarabağ (Azərbaycan) – Viktoriya (Plzen, Çexiya) 0:0

Makkabi (Hayfa, İsrail) – Srvena Zvezda (Serbiya) 3:2
Qol: Pyerro, 18; 51. Çeri, 61 – Peşiç, 27. Kanqa, 40.

Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya) 0:2
Qol: Jilberto, 9. Ramos, 37.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu