6 dekabr 2025. Şənbə

Qarabağ ÇL-nın qrupunda oynamağa layiqdir


Qarabağ ÇL-nın qrupunda oynamağa layiqdir
“Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib. Corner.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Çox yaxşı komandaya qarşı çıxış etdik. Ağır oyun oldu. Rəqib fiziki cəhətdən güclüdür. Öz oyunumuzu göstərməyə çalışdıq. Amma bu, o qədər də asan olmadı. Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Plzenə böyük həvəslə yollanacağıq və orada əlimizdən gələnin ən yaxşısını edərək qalib gəlməyə çalışacağıq".
 
Zubir Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq olduqlarını söyləyib: "Rəqibin burayadək irəliləməsi onun gücündən xəbər verir. Səfərdə qalib gələrək istəyimizə nail olmaq istəyirik".
 
“Qarabağ”la “Viktoriya” arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena"da keçiriləcək.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”