23 oktyabr 2024. Çərşənbə

Tahir Gözəl: Çexiyadan zəfərlə dönəcəyimizə inanıram


Tahir Gözəl: Çexiyadan zəfərlə dönəcəyimizə inanıram
“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirilmiş ilk oyunu şərh edib. Corner.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Çox baxımlı və gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş etdirdi və meydanda dominant idi. Azarkeşlər də komandaya möhtəşəm dəstək göstərdilər. Fanatlara təşəkkür edirəm. Burada möhtəşəm ab-hava var idi.
 
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hələ də ümidimiz var. Artıq bu, ənənəyə çevrilib. Biz səfərdə hər şeyi həll edirik. Ümid edirəm ki, bu seriya davam edəcək. İnanıram ki, Çexiyadan zəfərlə dönəcəyik".
 
Klub rəhbəri Plzen təmsilçisinə qarşı 2016-cı ildəki görüşü xatırlayıb: "Həmin vaxt bərabər oyun var idi. Səfər qolu sayəsində rəqib mərhələ adlamışdı. Bu gün qarşı tərəfin ən yaxşı oyunçusu qapıçısı oldu. Çox gözəl qurtarışlar etdi. Onu təbrik edirəm. Rəqib də hiss edir ki, bu komanda 6 il əvvəlki "Qarabağ"dan tam fərqlənir. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Qarşımızdakı rəqib də çox güclüdür. Onlara qarşı oynamaq çətindir. "Viktoriya"ya ehtiramla yanaşırıq, amma səfərə qələbə üçün gedirik".
 
Funksioner komandada böyük inamın olduğunu sözlərinə əlavə edib: "Baş məşqçi Qurban Qurbanovda və futbolçularda böyük inam var. Çexiyada bu işin öhdəsindən gələcəyimizə ümid edirik. Futbolda yaxşı olan tərəf mütləq qalib gələcək. Asan olmayacaq, amma Plzenə qələbə əzmi ilə gedəcəyik".
 
“Qarabağ”la “Viktoriya” arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena"da keçiriləcək.






Çempionlar liqası

 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi