1 fevral 2026. Bazar günü

Qarabağ'ı qəzəbləndirmək istəyirdik


Qarabağ'ı qəzəbləndirmək istəyirdik

"Birinci hissədə hücuma keçərək rəqibi bir az qəzəbləndirmək istəyirdik. Fərqlənmək üçün şanslarımız da oldu".

Corner.az-ın məlumatına görə, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının kapitanı Lukaş Heyda Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

32 yaşlı müdafiəçi görüşü sərfəli nəticə kimi qəbul etdiklərini bildirib: "Məsuliyyətlə müdafiə olunduq və bunu sərfəli nəticə kimi qəbul edirik".

Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən çex oyunçu azarkeşlərdən üzr istəyib: "Buna baxmayaraq komanda yoldaşlarımın işin öhdəsindən gələcəyinə inanıram".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”