6 dekabr 2025. Şənbə

Qarabağ yüksək səviyyəli komandadır


Qarabağ yüksək səviyyəli komandadır
“Viktoriya”nın qapıçısı Yindrjix Stanek Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri matç haqqında danışıb. Corner.az xəbər verir ki, 7 seyv edərək komandasını real qollardan qurtaran 26 yaşlı qolkiper klubun rəsmi saytına açıqlamasında deyib:
 
“Qarabağ”la oyunda çox iş görməli olacağımı əvvəlcədən gözləyirdim. “Qarabağ” inanılmaz dərəcədə yüksək səviyyəli, keyfiyyətli komandadır. Onların futbolçularının fərdi ustalıqları möhtəşəmdir. Cavab oyununu evdə keçirəcəyik. Doğma meydanda oynamaq hissi həmişə yaxşıdır. İnanıram ki, azarkeşlərimizin qarşısında qələbə qazanaraq Çempionlar Liqasının qrupuna düşəcəyik”.
 
Qapıçı oyunda sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə cavab görüşünü buraxacaq kapitan Lukaş Heyda üçün məyus olduğunu bildirib: “O, bizim kapitanımızdır. Lukaş ən yaxşı müdafiəçimiz, əsas oyunçumuzdur. Amma komandamızda elə keyfiyyətli futbolçular var ki, Lukaşı əvəz edə bilərlər”.
 
Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”