23 oktyabr 2024. Çərşənbə

Qarabağ statistikada üstün olsa da, Viktoriya ...


Qarabağ statistikada üstün olsa da, Viktoriya ...
Çexiya millisinin sabiq qapıçı Miroslav Jirkal UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Plzen “Viktoriya”sı arasında Bakıda baş tutan ilk oyunu şərh edib. Corner.az xəbər verir ki, 67 yaşlı veteran qolkiper Çexiya klubunun heç-heçəyə layiq olduğunu bildirib:
 
“Qarabağ” statistikaya görə aşkar üstün idi. Amma əslində belə deyil. "Viktoriya" taktiki baxımdan əla oyun göstərdi, rəqibə boşluq vermədi. Komanda birinci hissədə üç perspektivli hücum qurmuşdu. Rəqibin iki matçına baxmışdım, onlarda Kadi Borges tam fərqli görünür. Sol ayağı ilə ötərmələr verərək, komanda yoldaşlarını tapmağı bacarır. Lakin Lukaş Kalvax onu bağlamağı bacardı”.
 
Jirkal komandalar arasında cavab görüşü barədə də fikirlərini bölüşüb: "Cavab qarşılaşmasında daha çətin olacaq. Hər iki komanda hər şeyini ortaya qoyacaq. Amma unutmayaq ki, “Viktoriya” Plzendə çıxış edəcək. Bütün ölkə komandanın arxasında duracaq. Bir qol hər şeyi həll edə bilər”.
 
Avqustun 23-də Plzendəki "Dusan Arena"da baş tutacaq cavab oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.






Çempionlar liqası

 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi