31 yanvar 2025. Cümə

Qurban Qurbanov: Çexiyada təkcə yaxşı oyun göstərmək qalır


Qurban Qurbanov: Çexiyada təkcə yaxşı oyun göstərmək qalır
"Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır". Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
 
50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Hazırlığımız pis alınmayıb. "Turan Tovuz"la Premyer Liqanın III turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq".
 
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.






Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"