27 mart 2026. Cümə

Qarabağ Avropa Liqasının qrup mərhələsində!


Qarabağ Avropa Liqasının qrup mərhələsində!

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb. Corner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyada “Viktoriya” (Plzen) ilə üz-üzə gəlib.

Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmamışdı. Bu üzdən cavab qarşılaşmasında istənilən hesabla qələbə qazanan Çempionlar Liqasının qrup mərhələsinə çıxaracaqdı.

"Qarabağ”ın “Viktoriya” ilə matçda iki əsas itkisi var idi. Bunlar müdafiəçilər – zədəli Maksim Medvedev və Kevin Medinadaydı. Görüşə gəldikdə isə qarşılaşmada hesabı Ağdam təmsilçisi açsa da,  ikinci hissədə iki qol vuran meydan sahibləri qələbəyə sevinən tərəf olub. Bu üzdən də "köhlən atlar" mübarizəni ÇL-in yox, Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinədək Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırmışdı.

Ağdam təmsilçisi tarixində yalnız bir dəfə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunu
23 avqust

Viktoriya (Plzen) – Qarabağ 2:1
Qol: Y.Kopiç, 58. Y.Kliment, 73 – F.Ozobiç, 38.
Hakimlər: Artur Dias, Rui Tavares, Paulo Soares, Fabio Verisimo (hamısı Portuqaliya).
Plzen. “Dusan Arena”.
İlk oyun – 0:0.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"