27 mart 2026. Cümə

Benfika və Makkabi ÇL-nın qrup mərhələsinə yüksəldi


Benfika və Makkabi ÇL-nın qrup mərhələsinə yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapıb.

Azərbaycan çempionu “Qarabağ" Çexiyada "Viktoriya"nın (Plzen) qonağı olub. Bakıdakı ilk görüş qapılara qol vurulmamışdı. Üç qolun qeydə alındığı cavab görüşündə isə meydan sahibləri qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

Ukraynanın "Dinamo" (Kiyev) komandası Portuqaliyada "Benfika"nın qonağı olub. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlmişdi. “Benfika” cavab matçında da darmadağınla qalib gəlməklə sürprizə imkan verməyib.

İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" isə Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma dörd qolluq bu oyunda qalib müəyyənləşməyib və növbəti mərhələyə İsrail çempionu vəsiqə qazanıb.

UEFA Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
23 avqust

Viktoriya (Plzen, Çexiya) - Qarabağ (Azərbaycan) 2:1
İlk oyun - 0:0

Srvena Zvezda (Serbiya) - Makkabi (Hayfa, İsrail) 2:2
İlk oyun - 2:3

Benfika (Portuqaliya) - Dinamo (Kiyev, Ukrayna) 3:0
İlk oyun - 2:0







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"