27 mart 2026. Cümə

Qələbə qolunu vurduğum üçün xoşbəxtəm


Qələbə qolunu vurduğum üçün xoşbəxtəm

"Qələbə qolunu vurduğum üçün xoşbəxtəm".

Corner.az xəbər verir ki, bunu "Viktoriya" (Plzen) klubunun futbolçusu Yan Kliment Çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

29 yaşlı hücumçu bildirib ki, vurduğu qoldan 3 dəqiqə əvvəl zədələnib: "Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum".

Plzen təmsilçisinin çexiyalı müdafiəçisi Libor Holik bu qarşılaşmanı səbirsizliklə gözlədiyini söyləyib: "Üç gün əvvəl matçda iştirak edəcəyimi bilirdim və buna hazırlaşırdım. Çünki hər kəs belə görüşdə meydanda olmaq istəyir. Bu, karyeramın ən vacib oyunu idi".

Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb. "Viktoriya" UEFA Çempionlar Liqasının, "Qarabağ" isə UEFA Avrop







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"