30 iyun 2026. Çərşənbə axşamı

Qarabağ'a qarşı bu səviyyədə oynamaq inanılmazdır


Qarabağ'a qarşı bu səviyyədə oynamaq inanılmazdır

"Belə çətin rəqibə qarşı matçı bu səviyyədə keçirmək inanılmazdır".

Corner.az-ın məlumatına görə, bunu "Viktoriya"nın (Plzen) klubunun futbolçusu Pavel Buxa Çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

24 yaşlı yarımmüdafiəçi bildirib ki, mövsümün əvvəlində qarşılarına qoyduqları hədəfə çatıblar: "Bu, gerçəkləşən bir yuxudur. Bütün komanda buna layiq idi və əla çıxış etdik. Görüşə yaxşı başladıq. Azarkeşlər də əla idi. Bizi irəli atırdılar".

Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb. "Viktoriya" UEFA Çempionlar Liqasının, "Qarabağ" isə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu