6 dekabr 2025. Şənbə

Qarabağ'la oyun asan keçmədi - Mixal Bilek


Qarabağ'la oyun asan keçmədi - Mixal Bilek
"Təsnifat mərhələsinin oyunlarını əla keçirdik. Altı oyundan beşini qələbə ilə başa vurduq, birində heç-heçə etdik". Corner.az xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek evdə "Qarabağ" 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
 
57 yaşlı mütəxəssis matçın heç də asan keçmədiyini bildirib: "Təəssüf ki, matçın əvvəlində qol imkanını əldən verdik, sonra isə öz qapımızdan top buraxdıq. Komanda ruhdan düşmədi, bunu çox yüksək qiymətləndirirəm. Bu, böyük uğurdur. İstədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası olacaq, bu böyük uğurdur".
 
Onun sözlərinə görə, "Viktoriya" heç vaxt təslim olmayan döyüşçülərdən ibarətdir: "Bu kollektivə başçılıq etdiyim qürur duyuram. Çempionlar Liqasında oynamaq bizim haqqımızdır. Titul qazananda böyük nailiyyət olur. Qrupa düşmək də buna bərabərdir. Bu, ürəyi isidir, əla hisslərdir. Fanatlar möhtəşəm ab-hava yaratmışdılar və onların qarşısında oynamaq xoş idi. Uzun-uzadı bayram etməyə vaxt yoxdur. Şənbə günü bizi daha bir çətin oyun gözləyir. Əvvəl də dediyim kimi, biz yerli çempionata da avrokuboklar kimi ciddi yanaşırıq".
 
Bilek qələbə qolunun müəllifi olan Yan Kliment haqqında da fikirlərini bölüşüb: "İkinci hissədə iki hücumçu ilə oynamağa başladıq. Kliment hərəkəti hesabına oyunumuzu irəli aparırdı. O, lazım olan yerlərdə olurdu və sonda qərarını verdi. Meydana nəyə görə çıxdığını bu cür göstərdi".






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”