6 dekabr 2025. Şənbə

Azərbaycanın xal ehtiyatı dəyişmədi


Azərbaycanın xal ehtiyatı dəyişmədi
Avrokubokların pley-off mərhələsinin cavab oyunlarının ilk günü başa çatıb. Corner.az xəbər verir ki, bu oyunlardan sonra UEFA reytinqi açıqlanıb. Baş tutan 4 qarşılaşma müəyyən yerdəyişmələrə səbəb olub. Çexiyada “Viktoriya”ya uduzan “Qarabağ” Azərbaycanın xal hesabını artıra bilməyib.
 
Nəticədə ölkəmizin xalı dəyişməyib - 14,625 xal. Azərbaycan Avropada 29-cu pillədə qalıb. Bu xalların 2,000-si cari mövsüm əldə edilib. 28-ci olan Polşa ilə ölkəmizin fərqi 1,750-ə bərabərdir.
 
“Viktoriya”nın 2:1 hesablı qələbə qazanması Çexiyanın xal ehtiyatlarının artırın. Bu ölkə 2 pillə irəliləyərək 14-cü sıraya qalxıb. Çexiya Ukrayna ilə İsveçrəni keçib.
 
Daha bir dəyişiklik Türkiyə ilə bağlıdır. Qardaş ölkə bir pillə geriləyərək İsraili önə buraxıb.
 
Qeyd edək ki, siyahıya 88,998 xalla İngiltərə başçılıq edir.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”