6 dekabr 2025. Şənbə

Əmrah Çəlikəl: Üzülmək bir tərəfdən sevindiricidir


Əmrah Çəlikəl: Üzülmək bir tərəfdən sevindiricidir
“Könül istərdi ki, daha fərqli ab-havada bura gələk. Amma mümkün olmadı”. Corner.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Liv Bona Dea Hospital”la imzalanan sponsorluq müqaviləsi zamanı jurnalistlərə açıqlamasında deyib.
 
Klub rəsmisi Çempionlar Liqasında mübarizəni dayandırdıqları üçün təəssüfləndiklərini bildirib: “Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki Azərbaycan klubu pley-offa qədər irəliləyir, lakin sonda Avropa Liqasına yollanır. Bunun özü “Qarabağ”ın gəlib çatdığı yerdən xəbər verir”.
 
Çəlikəl “Liv Bona Dea Hospital”la əməkdaşlıqdan da məmnunluğunu ifadə edib: “Klubumuza belə bir tələb gələndə çox sevindik. İdmana yatırım edən bir qurumla birlikdə olmaq bizi həyəcanlandırdı. Onlar bu işi peşəkar səviyyədə bilirlər. Biz də futbolçularımızın sağlamlığını belə güclü kluba əmanət etdiyimiz üçün xoşbəxtik”.
 
Hospitalın baş direktoru Taner Özbek isə buradakı sistemi inkişaf etdirmək istədiklərini bildirib: “İdmançının sağlamlığı ön plana çıxan klublarla əməkdaşlıq edirik. “Qarabağ”ın təmsil etdiyi dəyərlər və beynəlxalq arenadakı nəticələrindən xoşbəxtik. Onları dəstəkləyən qurum olaraq bu əməkdaşlıqdan məmnunluğumuzu bildiririk”.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”