23 oktyabr 2024. Çərşənbə

Viktoriya'nın mərhələ keçəcəyini gözləmirdim


Viktoriya'nın mərhələ keçəcəyini gözləmirdim
"Viktoriya"nın mərhələni keçəcəyini gözləmirdim. Bu məqam qələbəni daha da gözəlləşdirir". Corner.az xəbər verir ki, bunu Çexiya millisinin sabiq futbolçusu Milan Fukal "Viktoriya" (Plzen) komandasının evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
 
47 yaşlı veteran müdafiəçi bildirib ki, Plzen təmsilçisi Mixal Bileki baş məşqçi təyin etməklə, ötən ilin yazında başladığı səyahətin zirvəsinə çatıb: "Bu komandanı çoxdan bəyənirəm, "Viktoriya"nın sərgilədiyi futbolun başı və ayağı var. Əvvəlki matçlarına baxanda komandanın Avropa Liqasının qrupuna düşəcəyinə ümid edirdim. Amma sonda Çempionlar Liqasına vəsiqə qazandılar. Bu, bütün Çexiya futbolu üçün əla göstəricidir".
 
Onun sözlərinə görə, "Viktoriya" hesabda geri düşməsinə baxmayaraq, böyük döyüş ruhu nümayiş etdirdi: "Komanda baş verə biləcək ən çətin vəziyyətlə üzləşdi. Amma uşaqlar bacardılar. Çempionlar Liqasında böyük matçlar komandanı daha da gücləndirəcək".
 
Qeyd edək ki, Bakıdakı ilk matçda "Qarabağ"la qolsuz heç-heçə edən "Viktoriya" ev qələbəsi sayəsində Çempionlar Liqasının qrup mərhələsinə çıxıb. "Köhlən atlar" isə mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.






Çempionlar liqası

"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi