6 dekabr 2025. Şənbə

Emreli'li Dinamo ÇL-in qrup mərhələsində!


Emreli'li Dinamo ÇL-in qrup mərhələsində!

Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə keçirilən 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu Xorvatiyada Norveçin "Bodo Qlimt" komandasını qəbul edib. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə məğlub olmuşdu. Cavab görüşündə isə darmadağına sevinən futbolçumuzun komandası ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. Mahir bu görüşün 60-cı dəqiqəsində meydana çıxıb, əlavə vaxta gedən matçın sonuna kimi meydanda olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" da doğma meydanda Danimarka  "Kopenhagen"ini qəbul edib . Qara dəniz təmsilçisi ilk matçda Danimarkada 1:2 hesabı ilə uduzmuşdu. Qolsuz bitən cavab görüşündə də trabzonlular sonra ÇL-lə vidalaşıb.

PSV isə Niderlandda Şotlandiya "Reyncers"ini sınağa çəkib. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınmışdı – 2:2. Cavab görüşündə isə “Reyncers” minimal hesabla qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
24 avqust

Dinamo (Zaqreb, Xorvatiya) - Bodo Qlimt (Norveç) 4:1
Qol: Orşiç, 4. Petkoviç, 4. Drmiç, 117. Boçkay, 120 – Qronbaek, 70.
İlk oyun - 0:1

Trabzonspor (Türkiyə) - Kopenhagen (Danimarka) 0:0
İlk oyun - 1:2

PSV (Niderland) - Reyncers (Şotlandiya) 0:1
Qol: A.Çolak, 60.
İlk oyun – 2:2







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”