6 dekabr 2025. Şənbə

Hər iki matçda Viktoriya'dan yaxşı oynadıq


Hər iki matçda Viktoriya'dan yaxşı oynadıq

"Daha yaxşı olan komanda mübarizəni dayandırdı. Amma rəqibi təbrik etməliyəm. Demək olmaz ki, onlar mərhələni keçməyə layiq deyildilər. Amma düşünürəm ki, biz hər iki matçda daha yaxşı idik. Çempionlar Liqasının qrupuna düşə bilmədiyimiz üçün təəssüflənirəm".

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Çexiyada "Viktoriya" (Plzen) klubuna 1:2 hesabı ilə uduzduqları pley-off mərhələsinin cavab oyunu barədə "İndex" nəşrinə müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi komandanın UEFA Avropa Liqasındakı hədəflərinədə toxunub: "Qarabağ"ın seçmə mərhələlərdə "Lex" (Polşa), "Sürix" (İsveçrə) və "Ferentsvaroş" (Macarıstan) kimi ölkə çempionlarını mübarizədən kənarlaşdırması təsadüf deyil. "Qarabağ" uzun müddətdir ki, avrokubokların daimi iştirakçısıdır. Ötən il Konfrans Liqasının qrup mərhələsindən çıxdıq, ümid edirəm ki, bunu Avropa Liqasında da bacaracağıq".

Ozobiç Azərbaycan Premyer Liqasının səviyyəsi barəsində də söz açıb: "İnsanlar burada olan futbolçular haqqında az şey bilirlər. Yerli oyunçular çoxdur. Həm yerli, həm də əcnəbi futbolçular çox yaxşıdır. Azərbaycandakı çempionat Xorvatiyadakı ilə eyni səviyyədə deyil. Amma "Qarabağ", "Neftçi" və "Sabah" kimi klublar var. Həqiqətən pis olmayan bir neçə klub var".







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”