23 oktyabr 2024. Çərşənbə

Baş məşqçi Mahir Emrelinin çıxışı haqda...


Baş məşqçi Mahir Emrelinin çıxışı haqda...
Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç “Budo Qlimt”lə Çempionlar Liqasının pley-off oyunundan sonra fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, xorvat mütəxəssis meydana sonradan daxil olan futbolçuların oyunun gedişinə əla təsir göstərdiklərini söyləyib:
 
"Əlavə vaxtdan öncə futbolçulara dedim ki, sakit olsalar, qələbə bizimdir. Oyunçularımı təbrik etməliyəm. Onlar qəhrəmancasına iş gördülər. Oyundan öncə və matç zamanı problemlərimiz var idi. Amma bunların öhdəsindən gələ bildik. Çempionlar Liqasına qayıdış “Dinamo” və Xorvatiya futbolu üçün böyük işdir. Bəzi daxili problemlərimiz də var idi. Lakin səbəb axtarmaq kimi görünməsin deyə, onları açıqlamaq istəmirəm".
 
Çaçiç qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində “Real Madrid” və “Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gəlmək istədiyini söyləyib: “Yığmada olduğum vaxt rəhbərliyim altında iki kapitan çıxış edib: Luka Modriç və Dario Srna. Onların komandaları “Real Madrid” və “Şaxtyor”un qrup mərhələsində bizə rəqib olmalarını istərdim”.
 
Xatırladaq ki, “Dinamo”nun əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldiyi görüşdə Mahir Emreli 60-cı dəqiqədə Dario Şpikiçin yerinə meydana daxil olub. O, komandasının üçüncü qolunda yaxından iştirak edib. Görüşün əsas vaxtı 2:1 hesablı heç-heçə ilə yekunlaşıb.






Çempionlar liqası

"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi