1 fevral 2026. Bazar günü

UEFA ötən mövsümün ən yaxşılarını açıqladı


UEFA ötən mövsümün ən yaxşılarını açıqladı
Türkiyənin İstanbul şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində ötən mövsümün ən yaxşı futbolçusu açıqlanıb. Corner.az xəbər verir ki, bu ada İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema layiq görülüb.
 
Fransalı oyunçu səsvermədə Madrid klubundakı komanda yoldaşı - belçikalı qapıçı Tibo Kurtua və İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Kevin de Bruyneni qabaqlayıb.
 
“Real”ın baş məşqçisi Karlo Ançelotti isə ötən mövsümün ən yaxşı baş məşqçisi seçilib. O, səsvermədə İngiltərənin "Mançester Siti" klubundakı həmkarı Xosep Qvardiola və "Liverpul"un sükanı arxasında olan Yurgen Kloppu qabaqlayıb.
 
Ötən mövsümün ən yaxşı qadın futbolçusu və məşqçisi də müəyyənləşib. Ən yaxşı futbolçu adına İspaniya “Barselona”sının yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb. O, səsvermədə İngiltərə “Arsenal”ının hücumçusu Bet Mid və Almaniya “Volfsburq”unun forvardı Lena Oberdorfu qabaqlayıb.
 
Mövsümün ən yaxşı qadın məşqçisi isə İngiltərə yığmasına başçılıq edən Sarina Viqman seçilib.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”