12 aprel 2026. Bazar günü

Bu mövsüm ÇL əvvəlki kimi olmayacaq


Bu mövsüm ÇL əvvəlki kimi olmayacaq
“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Corner.az xəbər verir ki, italiyalı mütəxəssis, bu mövsüm Çempionlar Liqasının əvvəlki kimi olmayacağını bildirib:
 
“Bu mövsüm Çempionlar Liqası əvvəlki kimi olmayacaq, çünki bütün oyunları iki ay ərzində keçirmək lazımdır. Ötən mövsüm “Santyaqo Bernabeu”da “Şerif”lə matç ən asan görünsə də, “Real” görüşdən məğlub ayrıldı. “Leypsiq” və “Seltik”lə görüşlər asan olmayacaq. Rəqiblərin “Real”a hörmət etdiyi kimi biz də onlara hörmət etməliyik”.
 
Ançelotti avqustun 25-də UEFA tərəfindən ilin məşqçisi seçilib.
 
“Kral klubu”nun F qrupundakı rəqibləri “Leypsiq”, “Şaxtyor” (Donetsk) və “Seltik” olacaq.






Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi