15 avqust 2026. Şənbə

Mən favorit olduğumuzu düşünmürəm


Mən favorit olduğumuzu düşünmürəm

PSJ-nin baş məşqçisi Kristof Qalte komandasını Çempionlar Liqasının favoriti hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı çalışdırıcı Paris təmsilçisini ÇL-da favorit kimi görmədiyini deyib:

“Yox. Rəqiblərlə münasibətdə belə demək düzgün çıxmaz. Hər il 8 və ya 9 komanda Çempionlar Liqasını qazana biləcəklərini düşünür. Çox vaxt onlar yarışın sonuna çatmırlar, sürprizlər, inanılmaz ssenarilərlə qarşılaşırlar. Təbii ki, bizdə Çempionlar Liqasını qazanmaq istəyirik. Amma mən favorit olduğumuzu düşünmürəm”.

PSJ sentyabrın 6-da, Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində doğma meydanda “Yuventus”la üz-üzə gələcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu