1 fevral 2025. Şənbə

ÇL-da Modriç və Haland üçün əlamətdar hadisə


ÇL-da Modriç və Haland üçün əlamətdar hadisə
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu “Real”ın yarmmüdafiəçisi Luka Modriçlə “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Corner.az xəbər verir ki, Modriç Şotlandiyanın “Seltik” komandasına vurduğu qolla tarixə düşüb.
 
36 yaş 362 günlüyündə fərqlənən futbolçu 1965-ci ildən sonra Çempionlar Liqasında paytaxt klubunun heyətində qol vuran ən yaşlı oyunçu olub. Onadək 1965-ci ildə macarıstanlı hücumçu Ferents Puşkaş Niderland "Feyenoord"una 38 yaş və 173 günlüyündə qol vurub.
 
Haland isə Çempionlar Liqası tarixində 3 fərqli klubda debüt matçında fərqlənən 4-cü oyunçu olub. 22 yaşlı futbolçu "şəhərlilər"in heyətindəki ilk ÇL matçında - İspaniya "Sevilya"sı ilə görüşdə dubla imza atıb. Norveçli oyunçu daha öncə Avstriyanın "Zalsburq" və Almaniyanın "Borusiya" (Dortmund) komandalarındakı debüt matçlarında da qol vurmağa nail olmuşdu. Bunadək oxşar nəticəyə ispaniyalı Fernando Moryentes, argentinalı Xavyer Saviola və isveçli Zlatan İbrahimoviç nail olub.






Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"