29 iyul 2026. Çərşənbə

Liverpul və Viktoriya darmadağına üzüldü, İnter evdə uduzdu


Liverpul və Viktoriya darmadağına üzüldü, İnter evdə uduzdu

UEFA Çempionlar Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, 2-ci oyun günündə də 8 qarşılaşma keçirilib.

A qrupunda “Ayaks” doğma meydanda “Reyncers”i, “Napoli” isə “Liverpul”u qəbul edib. Hər iki oyunda meydan sahibləri darmadağınla qələbə qazanıb.

B qrupunda “Portu” səfərdə Madrid “Atletiko”sunun, “Bayer” “Brügge”nin qonağı olub. Bu iki oyunda da meydan sahibləri çətin qələbə qazanıblar.

C qrupunda pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu səfərdə “Barselona”nın qonağı olub və darmadağınla üzləşib. Bu qrupun digər matçında isə “İnter” evdə “Bavariya” ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.

D qrupunda isə  Avropa Liqasının son qalibi olan “Ayntraxt” “Sportinq”i, “Tottenhem” isə Marsel “Olimpik”ini sınağa çəkib. London klubunun inamlı qələbə qazandığı gündə Frankfurt klubu evdə böyük hesabla uduzub.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 1-ci tur
7 sentyabr

A qrupu

Ayaks (Niderland) – Reyncers (Şotlandiya) 4:0
Qol: E.Alvares, 17. Berqeys, 32. Kudus, 33. Berqveyn, 80.

Napoli (İtaliya) – Liverpul (İngiltərə) 4:1
Qol: Zelinski, 5-pen; 47. Anqissa, 31. Simeone, 47 – L.Dias, 49.

B qrupu

Atletiko (İspaniya) – Portu (Portuqaliya) 2:1
Qol: Hermoso, 90+2. Qrizmann, 90+11 – Uribe, 90+5.

Brügge (Belçika) – Bayer (Almaniya) 1:0
Qol: Silla, 42.

C qrupu

Barselona (İspaniya) – Viktoriya (Plzen, Çexiya) 5:1
Qol: Kessye, 13. Levandovski, 34; 45+3; 67. F.Torres, 71 – Sikora, 44.

İnter (İtaliya) – Bavariya (Almaniya) 0:2
Qol: Sane, 25. De Ambrosio, 66-öz qapısına.

D qrupu

Ayntraxt (Almaniya) – Sportinq (Portuqaliya) 0:3
Qol: Edvards, 65. Trinkao, 67. N.Santos, 82.

Tottenhem (İngiltərə) – Olimpik (Marsel, Fransa) 2:0
Qol: Riçarlison, 76; 81.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"