15 avqust 2026. Şənbə

Levandovski Çempionlar Liqasının tarixinə düşdü


Levandovski Çempionlar Liqasının tarixinə düşdü
“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının tarixinə düşüb. Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu 1955-ci ildən keçirilən yarışda üç müxtəlif komandada het-trik edən ilk və yeganə oyunçudur.
 
O, “Barselona”nın “Viktoriya” ilə matçında (5:1) üç qol vurub. Levandovski buna kimi Dortmund “Borussiya”sında 1, “Bavariya”də 4 dəfə eyni oyunda 3 və ya daha çox qol vurmağa nail olub. 
 
Çempionlar Liqası tarixində bunu bacaran olmasa da, ümumiyyətlə, avrokuboklarda iki belə futbolçu ünvanına sahib olub. Ruud Hels “Feyenoord”, “Ayaks” və PSV, Samuel Etoo “Malyorka”, “Barselona” və “İnter”də fərqlənib.
 
Ümumilikdə polşalı futbolçu 6-cı dəfə Çempionlar Liqasında het-trik edib. Yalnız Lionel Messi və Kriştiano Ronaldo daha çox – hərəyə 8 dəfə fərqlənib.
 
Levandovski  karyerasında 31-ci dəfə bir qarşılaşmada azı 3 qola sevinib.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu