30 sentyabr 2026. Çərşənbə

ÇL-da ilk turun ən yaxşı oyunçusu bilindi


ÇL-da ilk turun ən yaxşı oyunçusu bilindi
İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun ən yaxşı oyunçusu seçilib. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasındakı səsvermədə 34 yaşlı hücumçu bütün rəqiblərini üstələyib.
 
Polşalı futbolçu Çexiyanın "Viktoriya" komandasına qarşı matçda het-trikə imza atıb.
 
Levandovski səsvermədə sabiq komandası “Bavariya”dan (Almaniya) Leroy Saneni, Fransa PSJ-sindən Kilian Mbappeni və İtaliya "Napoli"sindəki həmyerlisi Pyotr Zelinskini qabaqlayıb.
 
Bildirək ki, Barselona", "Qarabağ"ı Çempionlar Liqasından uzaqlaşdırmış "Viktoriya"nı 5:1 hesabı ilə darmadağın etdiyi matçda Levandovski het-trik edib.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”