6 dekabr 2025. Şənbə

Viktoriya'nın Qarabağ'la oyununu izləmişəm


Viktoriya'nın Qarabağ'la oyununu izləmişəm

"Rəqibin "Qarabağ" və "Barselona" ilə oyunlarını izləmişik".

Corner.az-ın məlumatına görə, bunu İtaliya "İnter"inin baş məşqçisi Simone İnzaqi Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis Çexiya klubunun fiziki cəhətdən güclü komanda olduğunu bildirib. İnzaqi Plzen təmsilçisinin qrup mərhələsinə məhz evdə qazandığı nəticə sayəsində yüksəldiyi sözlərini də əlavə edib. İtaliyalı çalışdırıcı "Viktoriya"nın ön xətdə yaxşı oyunçulara sahib olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Viktoriya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Çexiya klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı iki görüşün nəticəsinə əsasən məğlub edib - 0:0, 2:1.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”